16 May 2017 13:00
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qərar ilk növbədə Rusiyanın ölkə daxilində sərbət toplaşmaq azadlığına, onun öz vətəndaşlarına münasibətinin göstəricisidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bu qərarı Rusiya dövlətinin məqsədli siyasəti hesab etmək olmaz:

“Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu Rusiyanın xoşuna gəlsin! Sadəcə, biz burada yaşayan xalqlara adekvat münasibət göstəririk. Azərbaycanda tolerantlıq hökm sürür. Burada yaşayan istənilən xalqa qarşı hörmət var. Amma biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanılılara da belə münasibət göstərilsin”.

B.Muradova qeyd edib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var:

“Lakin uzun illər iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu onların bəzi politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Bu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir. Onları bu hərəkətlərdən çəkindirmək üçün imkanları işə salmağa çalışmalıyıq. Bu məsələlər hüquq müstəvisində həll olunmalıdır. Rusiyanın azərbaycanlı vətəndaşlarından tələb olunur ki, buraxdıqları nöqsanları aradan qaldırsınlar. Bu məsələdə ÜAK-ın mövqeyi əsasdır. Ümid edirəm ki, məsələ yaxın zamanda həllini tapacaq”.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər