16 May 2017 16:51
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Parlament Assableyası Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə danışıqlar masasına qayıtması ilə bağlı çağırış edib.

Teleqraf.com xəbər verir ki, bu informasiya beynəlxalq təşkilatın saytında yerləşdirilib.

Məlumatda bildirilib ki, bu məsələ 5-9 iyulda Minskdə keçiriləcək ATƏT PA-nın 26-cı iclasında "ATƏT məkanında sülh və tərəqqi naminə qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsi" sessiyasında müzakirə ediləcək. Müzakirədə 300 parlamentari iştirak edəcək. Sessiyada ATƏT-in məkanındakı problemlərlə, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı isveçli nümayəndə Marqaret Sederfildin hesabatı müzakirə ediləcək.

Həmçinin, ATƏT PA münaqişənin həllində irəliləyişin olmaması ilə bağlı təəssüfünü ifadə edib:

"Gələcəkdə yenidən hərbi toqquşmaların baş verməməsi üçün danışıqlar masasına qayıtmaq vacibdir. Tərəflər danışıqlar prosesinə mənfə təsir edəcək addımlardan çəkinməlidirlər".

Sessiyanın sonunda Minsk bəyənnaməsinin qəbulu planlaşdırılır.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər