Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın Baş naziri Paolo Centilioni ilə birgə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əgər ABŞ administrasiyası mümkün sayırsa, biz Lavrovla Trampın danışığının yazısını Senat və Konqresə təqdim etməyə hazırıq”, - deyə Putin bildirib. O vurğulayıb ki, bu, Amerika administrasiyasının bunu istədiyi zaman mümkündür.
Qeyd edək ki, mediada yayılan məlumata görə, mayın 10-da Vaşinqtonda baş tutan görüş zamanı Tramp Lavrova gizli kəşfiyyat məlumatları ötürüb.
Səxavət