18 May 2017 13:06
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasındakı görüşdə Ankarada həbs olunan keşiş Endryu Brunsonun azad olunması və ekstradisiyası məsələsi müzakirə olunmuşdu.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində müzakirələr zamanı Trampın bu xahişinə Ərdoğanın verdiyi cavabı açıqlayıb:

"Hazırki rəhbərlik terrorçu Fətullah Gülən məsələsində daha səmimidir. Tramp bu məsələdəki tələbləri dəyərləndirdiklərini deyib. Biz ABŞ-dan bununla bağlı istintaq prosesinin başladılmasını və Gülənin ekstradisiyaya qədər həbs olunmasını istədik. Endryu Brunson məsələsi gündəmə gəldi. Ərdoğan keşişin həbsinin səbəbini açıqladı. Bu şəxsin terror təşkilatı və şikayətlər səbəbindən həbs olunduğu bildirildi. İstintaq prosesi davam edir. Konsulluğun da bu işdən xəbəri var. Ailəsi və vəkilləri ilə görüşür".

Çavuşoğlu Tramp və Ərdoğanın növbəti görüşü ilə bağlı da danışıb: "Lidelər NATO-nun Brüssel zirvəsi çərçivəsində görüşəcəklər. Bundan başqa, Ərdoğan Avropa Birliyi lideri ilə də görüşəcək. Merkel ilə görüş nəzərdə tutulmayıb. Biz dialoqa hazırıq. Görüşmək istəsələr, nəzərə alarıq".

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər