ABŞ-ın "Hill" qəzetinə istinadən xəbər verir ki, ABŞ və B.Britaniyanın bukmeyker şirkətlərinin məlumatına görə, prezidentin impiçmentinə qoyulan stavkalar artıb. Belə ki, ABŞ-ın populyar "Predictit" bukmeyker şirkəti ABŞ Prezidentinin impiçment ehtimallarının mayın əvvəlində olan 7%-dən hazırda 27%-ə çatdığını bildirib. Britaniyanın "Betfair.com" bukmeyker saytı isə Donald Trampın ilin sonuna qədər vəzifəsini tərk etmə ehtimalını 55% səviyyəsində qiymətləndirir.
Xatırladaq ki, "Nyu-York Times"da dərc olunan məqalədən sonra ABŞ-da fond birjaları indeksləri 2%, ABŞ dolları isə 2,5% ucuzlaşıb. "Report"un analitik qrupu hesab edir ki, ABŞ prezidenti ətrafında yaranan qalmaqal bir müddət davam edəcək. Bu müddət ərzində isə dolların məzənnəsi təzyiqlərlə üzləşə bilər. Lakin impiçment baş tutsa da, sonradan dolların məzənnəsi və birja indeksləri yüksələcək. Belə ki, ABŞ-ın maliyyə bazarları iştirakçıları Trampın fəaliyyətindən bir o qədər də razı deyil. Qeyd edək ki, adı çəkilən qalmaqal nəinki ABŞ-da, həmçinin dünya üzrə fond indekslərinin düşməsinə, inkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşmasına gətirib çıxarıb.
("Report")