Teleqraf.com-un xəbərinə görə Le Pen bəyan edib ki, prezident seçkilərini uduzmasına baxmayaraq gələn ay Fransa parlamentinə keçirilən seçkilərdə iştirak edəcək. O, namizəd olduğunu açıqlasa da, bundan sonar hansı addımları atacağı haqda bir söz deməyib.
Son prezident seçkilərində 10 milyondan çox səs aldığını xatırladan Le Pen bunun çox əhəmiyyətli olduğunu deyib, növbəti prezident seçkilərində iştirak edəcəyinə də işarə edib.
İndiki Prezident Emanuel Makronun qurduğu kabinet barədə danışan Milli Cəbhə lideri söyləyib ki, kabinetdə Sosialist Partiyasının və Respublikaçılar Partiyasının siyasətçiləri təmsil olunur. O, fransanın ana müxalifət, habelə sağçı və solçu partiyalarının prezident və hökumətlə birləşdiyini bildirib.
Qeyd edək ki, Fransada parlament seçkiləri 11-17 iyun tarixlərində keçiriləcək.