20 May 2017 16:13
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

IX Beynəlxalq Kazan İqtisadi Sammiti çərçivəsində İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu və Tatarstan hökumətinin birgə təşkilatçılığı ilə bu il artıq 3-cü dəfə Kazan şəhərində 26 ölkədən gəlmiş 100-ə yaxın iş adamı və investorun iştirakı ilə “İƏT Gənc İş Adamlarının Forumu” keçirilib.

İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, 5 gün davam edən beynəlxalq tədbirin bağlanış mərasimində çıxış edən Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov son 3 ildə bu sahədə ardıcıl olaraq həyata keçirilən prosesi daha da gücləndirmək üçün hazırlıq işlərınə keçən ildən başlanmış “İƏT Start-Up Platforması”nın yaradılmasını rəsmi olaraq elan ediblər.

Son 1 ildə pilot layihə kimi onlayn fəaliyyət göstərən platformaya 1000-dən çox gənc iş adamı müraciət edib. Layihələrdən 300-ü baxılması üçün müvafiq komissiya tərəfindən nəzərdən keçirilib, onlardan 25-i seçilərək, Kazanda sözügedən Forumda investorlarla bir yerdə müzakirə edilib. 11 ən yaxşı layihə maliyyələşdirilmək üçün tədbirdə iştirak edən investorların öhdəsinə verilib.

Artıq geniş və davamlı xarakter almış bu layihənin əhəmiyyətindən bəhs edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov öz çıxışında sədri olduğu təşkilatın məlum layihəni həyata keçirməklə, əsas strateji məqsədinin gənclər arasında işsizlik səviyyəsinin azaldılması və qlobal təhlükə sayılan radikallığın aradan qaldırılması olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər