20 May 2017 16:48
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB-yə üzv dövlətlərin miqrasiya orqanları rəhbərləri şurasının 20-ci toplantısında və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak etmək üçün mayın 21-də Tacikistanın paytaxtı Düşənbəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Yığıncaqlarda MDB-yə üzv ölkələrdə miqrasiya sahəsində vəziyyət, 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlıq proqramının icrası, region dövlətlərində miqrantlarla bağlı vahid statistik hesabatın formalaşdırılması, əmək miqrasiyası sahəsində təcrübə mübadiləsi, miqrasiya üzrə milli qanunvericilikdə dəyişikliklərin aparılması, bu istiqamətdə model qanunların təkmilləşdirilməsi barədə məsələlərə baxılacaq.

Səfər mayın 25-də başa çatacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər