21 May 2017 16:00
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni hərbi cinayətkar Qaregin Njdenin qardaşı qızı 80 yaşlı Emma Sahakyan 5 ildir ki, prezident iqamətgahı qarşısında oturaq aksiya keçirir və elə burada da gecələyir.

Teleqraf.com xəbər verir ki, bu haqda ermənişünas İsmayıl Tanrıverdi sosial şəbəkədə məlumat yayıb. O, qeyd edib ki, Emma Sahakyan ölkədə ədalətsizlik və laqeydliyin hökm sürdüyündən şikayətlənir:

“Müxbirlərə bildirib ki, bacısı qızı polis və dövlət məmurları ilə əlaqəyə girərək onun xəbəri olmadan bütün əmlakını özəlləşdirib, özünü isə qeydiyyatdan çıxarıb”.

Ermənişünas qeyd edib ki, Ermənistan dövlət başçısı Serj Sərkisyanın İrəvandakı Baqramyan 26 ünvanında yerləşən iqamətgahı qarşısında aksiya keçirən Emmanın 5 ildir ki, şikayətinə baxan yoxdur.


Müəllif: Kəmalə

Oxşar xəbərlər