21 May 2017 18:02
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ başda olmaqla beynəlxalq birliyin çağırışlarına rəğmən, Şimali Koreyanın yeni nüvə sınağı onsuz da həssas olan gərginliyi daha da artırır.

Teleqraf.com xəbər verir ki, artıq bir sıra mütəxəssislər Koreya yarımadasında mümkün müharibə ssenariləri haqda rəylərini açıqlamağa başlayıb.

Süleyman Dəmirəl Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin beynəlxalq əlaqələr şöbəsinin müəllim və Ankara Siyasət Mərkəzinin Şərq Asiya mütəxəssisi Ümid Alpərən və Sabancı Universiteti İstanbul Siyasət Mərkəzinin mütəxəssisi Altay Atlının mümkün müharibə ehtimalını şərh edib. Pekin və Vaşinqton arasında 1953-cü il iyulun 27-də imzalanan atəşkəs anlaşmasını xatırladan Ümid Alpərənin fikrincə, tərəflərdən birinin bu razılaşmanı pozması bölgədə ciddi gərginliyə gətirib çıxaracaq. Ü.Alpərən qeyd edib ki, ABŞ-Çin arasında müharibə başlayarsa, bu, bütün beynəlxalq sistemi sarsıdacaq:

“Hər iki güc arasında zaman-zaman böhran yaşansa da, bəlli sərhədi keçməyib. Şimali Koreya və Tayvan Çinin həssas nöqtələridir. ABŞ rəhbərliyinin Şimali Koreyaya Çini razı salmadan hücum etməsi qeyri-mümkün görünür”.

Sabancı Universiteti İstanbul Siyasət Mərkəzinin mütəxəssisi Altay Atlı hesab edir ki, Çin iqtisadiyyatı yaxın 4-5 il ərzində ABŞ-ı ötəcək. Ekspertin fikrincə, bununla belə, Çin Amerikanı üstələyəcək super güc ola bilməz:

“Bu gün qlobal ticarətin 60-65 faizi dollarla idarə edilir, Çin valyutası haqda bunu deyə bilmərik. Böyük gücün hərbi gücü olmalıdır. ABŞ-ın hərbi büdcəsi Çinin dörd misli qədərdir. Çin böyük bir güc olsa da, super güc və ya Amerikanı ötəcək qüvvədə deyil”.

Şimali Koreyanın son bir ildə 30 ballistik raketi sınaqdan keçirdiyini xatırladan Altay Atlı yeni müharibənin olacağını proqnozlaşdırmır:

“Çünki bu müharibənin nəticəsi çox ağır ola bilər. Bu, Həm Şimali Koreya və Amerika, həm də Çin, Cənubi Koreya və Yaponiya üçün eyni təsirə malik olacaq. Zənnimcə, daha çox iqtisadi sanksiyalara üstünlük veriləcək”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər