25 May 2017 18:58
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il Azərbaycanda sahibkarla bağlı yoxlamaların sayı 1000 dəfə azaldılıb. Bu da sahibkarların daha sərbəst fəaliyyətinə şərait yaradıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini bildirib ki, hazırda Azərbaycanda saibkarlarla bağlı maarifləndirmə işləri həyata keçirilir: “Bu dövr ərzində sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı geniş tədbirlər baş tutub. Azərbaycanın 21 regionunda 26 işgüzar forum keçirilib. Hesabat dövründə sahibkarların beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə tədbirlər genişləndirilib. Bu müddətdə 137 tədbir təşkil olunub ki, bu da Azərbaycanın ixrac potensialının artması üçün böyük əhəmiyyət daşıyır”.

Sevinc Həsənova qeyd edib ki, Azərbaycanda açıq iqtisadiyyatın olduğu nəzərə alınaraq ötən ildən ölkəmizdə ixracın təşkili istiqamətində prezident tərəfindən imzalanan sərəncam və fərmanların icrası ilə bağlı işlər davam etdirilib: “Ötən il 3 ixrac missiyası həyata keçirilib ki, cari ildə də ixrac təşviqinin genişlənidirilməsi nəzərdə tutulur”.

Nazir müavini vurğulayıb ki, xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edib: “Azərbaycanın ixrac gəlirləri azalıb, bu da ölkənin bank sektorunda problemlər yaradıb. Bunların həlli üçün çevik iqtisadi siyasət tədbirləri müəyynləşdirilib və artıq həyata keçrilməsinə başlanılıb, Maliyyə Sabitliyi Şurası yaradılıb. Əvvəlki illərdə iqtisadiyytın şaxələndirilməsi ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq ötən il ərzində qeyri-neft sənayesi 5 faiz, informasiya və rabitə sektoru 4,5 faiz artıb”.

S.Həsənova deyib ki, əczaçılıq sənayesinin idxalda xüsusi çəkisi böyükdür: “Əczaçılıq sənayesinin yenidən yaradılması həm daxili tələbatın ödənilməsinə, daha sonra isə ixraca yönəlib. Qeyd edək ki, həm ötən il, həm də bu il ərzində bir əczaçılıq zavodunun təməli qoyulub. Bundan başqa, Azərbaycanın investisiya qoyduğu nəqliyyat, tranzit sahəsi ilə bağlı uğurlar əldə edilir. Ötən il Azərbaycan ərazisindən 23 minə yaxın yük atomobili keçib ki, bu da 2015-ci illə müqayisədə 2,2 dəfə çoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər