Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral erməni təxribatına qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyəti barədə danışarkən deyib.
Diplomatın sözlərinə görə, Türkiyə və Azərbaycan mediası işbirliyi qurub həqiqətləri səsləndirməli, erməni təxribatları ilə bağlı doğruların daha çox insana çatmasına nail olmalıdır:
“Vacib məqam ondan ibarətdir ki, bu həqiqətlər qısa zamanda ortaya çıxarılmalı, dünya ictimaiyyəti gerçəkləri görməlidir. Bizdə belə bir deyim var, həqiqət yerini tapana qədər yalan dünyanı 7 dəfə gəzər. Yalan dünyanı 7 dəfə deyil, 70 dəfə gəzib-dolanıb. Ona görə də Türkiyə və Azərbaycan bu işlə bağlı bir araya gəlib işbirliyi qurmalıdır. Biz düşmənlərimizdən daha çox çalışmalıyıq. Çünki ermənilərin Anadolu və Azərbaycanda törətdiyi qətliamlar eyni mahiyyət daşıyır. Biz bir-birimizi bir millət kimi gördüyümüz kimi, onlar da bizi bir millət kimi görüb, bizə qarşı çalışırlar. Türkiyə və Azərbaycan bu məsələdə də bir olmalı, birlikdə mübarizə aparmalıyıq”.