31 May 2017 11:11
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 5 agenti və YPG qruplaşmasının üzvləri Rakka şəhərinin boşaldılması üçün İŞİD terrorçuları ilə danışıqlara gedib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 10 gün davam edən görüşlərdə tərəflər razılaşma əldə ediblər.

ABŞ Müdafiə naziri Ceyms Mattis ötən həftə verdiyi açıqlamada İŞDİ-ə qarşı döyüşlərin sürətləndiyini bildirmişdi. Ancaq döyüş meydanından gələn xəbərlər amerikalı nazirin fikirlərini tamamilə təkzib edir. ABŞ bundan əvvəl 7 dəfə təxirə salınan Rakka əməliyyatları üçün Mərkəzi Kəşfiyyat İdarəsinin agentləyini bu ölkəyə yollayıb. Onlar Rakka ətrafında PYD/YPG silahlıları ilə İŞİD terrorçularını görüşdürüb və tərəflər razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, İŞİD döyüşçüləri təslim olsalar, onlara Rakkanın cənubundan təhlükəsizlik dəhlizi açıqlacaq və silahlılar maneəsiz şəhəri tərk edərək Palmiraya gedə biləcək.

Ancaq bu razılaşmadan xəbər tutan Rusiya Müdafiə Nazirliyi Suriyadakı rus hərbçilərə bunun qarşısının alınması əmrini verib.

Bunun ardından Rusiya təyyarələri 120-dən çox İŞİD-çinin olduğu karvanı atəşə tutublar. Bütün terrorçular öldürülüb.


Müəllif: Samir

Oxşar xəbərlər