Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasının bir qrup iştirakçısını qəbul edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.