31 May 2017 20:25
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənub Qaz Dəhlizi Avropada enerji təhlükəsizliyinin təmin olunmasına və rəqabətliliyin artırılmasına yönəlib".

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən Neft və Qaz Sərgisi çərçivəsində ABŞ və Böyük Britaniya səfirlikləri tərəfindən təşkil edilən qəbul zamanı deyib.

O xatırladıb ki, bu gün sərgidə ABŞ prezidenti Donald Trampın məktubunu oxuyub və məktubda Azərbaycanın ABŞ-ın tərəfdaşı olduğu qeyd edilib: "Azərbaycanda keçirilən iqtisadi islahatların əsas məqsədi Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasıdır. Biz terrorizmlə mübarizədə Azərbaycanla birgə fəaliyyət göstəririk. Donald Trampın məktubunda da qeyd olunub ki, biz münaqişə tərəflərini Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində bir araya gətirmək səylərimizə sadiqik. O bildirib ki, ABŞ Azərbaycan xalqının yanındadır. Biz iqtisadiyyat, təhlükəsizlik və demokratik prinsiplər sahəsində əməkdaşlığı davam etdirməyə hazırıq"

/APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər