1 İyun 2017 11:05
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton Donald Trampa uduzmasına aydınlıq gətirib.

Teleqraf.com “Hill”ə istinadla xəbər verir ki, Klinton “udacağam” fərziyyəsinin qurbanı olduğunu bildirib.

Onun sözlərinə görə, namizəd olduğu vaxt Demokratlar Partiyası müflis həddə idi: “Rəqib Respublikaçılar Partiyası isə müxtəlif siyasi layihələrə investisiyalar yatırırdrı”.

Klinton əlavə edib ki, o, Federal Tədqiqatlar Bürosunun sabiq-direktoru Ceyms Kominin Trampın komandası ilə Moskva arasında gizli sözləşmə barədə dediklərini araşdırmaq üçün diqqət ayırmayıb.

O, həmçinin yoxlanılmamış informasiyaları yayımladığına görə KİV-i tənqid edib. Sonda Hillari Klinton qeyd edib ki, seçicilərin böyük əksəriyyətində belə bir standart fikir formalaşıb ki, heç vaxt qadın Birləşmiş Ştatların prezidenti ola bilməz.

Qeyd edək ki, 2016-cı ilin noyabrında ABŞ-da keçirilən prezident seçkiləri Respublikaçılar Partiyasından namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.


Müəllif: Nərgiz