1 İyun 2017 12:38
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm insanlıq, həm də siyasi baxımdan həmişə atəşkəs rejiminin pozulması şəraitində yaşamaq mümkün deyil. Status-kvo davam edə bilməz.

Teleqraf.com news.am-a istinadla xəbər verir ki, bu fikirləri Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu danışıqlar prosesində həmişə aktivdir:

“Həmsədrlər daim bir-birilə, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə əlaqədədirlər. Təxminən 10 gün sonra onlar regiona səfər edəcəklər”.

Diplomatın fikrincə, Minsk Qrupunun missiyası münaqişənin həll yolunu tapmağa imkan verən şərtlərin yaradılmasından ibarətdir:

“Lakin qərarı tərəflərin özləri verməlidir. Qərar qəbul etmək hüququ münaqişə tərəflərinə məxsusdur”.

Yaxın 2 ildə Dağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul ediləcəyi barədə şayiələrə münasibət bildirən səfir qeyd edib ki, məlum üç prinsipə əsaslanan və tərəfləri qane edəcək hərtərəfli həll yolunun tez zamanda tapılması üçün hər şey edilməlidir.


Müəllif: Nərgiz Ehlamqızı