1 İyun 2017 13:20
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ son prezident seçkiləri kampaniyasından dərs çıxarmalıdır. Texnoloq və biznesmenlər anlamalıdır ki, Putin bizi məhv etmək istəyir. O, Dövlət Təhlükəsizlik Komitəsinin çoxdankı agentidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton Kaliforniyada keçirilən konfransda deyib.

O, Rusiyanın kiberhücum vasitəsilə ABŞ-dakı son prezident seçkilərinin gedişinə təsir göstərdiyinə əmin olduğunu vurğulayıb: “Mən əminəm ki, onlar yalnız seçkilər və siyasətə təsirdə maraqlı deyil, həmçinin iqtisadiyyata və millətin birliyinə təsir etmək niyyətindədirlər”.

Klinton seçkilərdəki uğursuzluğuna görə Rusiyanı ittiham edib:

“Rəsmi Moskva sosial şəbəkələrdə barəmdə dezinformasiyalar yaydı. Mən bu cür saxta xəbərlərlə mübarizə aparmağa hazır deyildim”.


Müəllif: Nərgiz