2 İyun 2017 14:12
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə nazirin gec təyin edilməsi Ermənistanda yeni hökumət üzvləri arasında intriqaya səbəb olub.

Teleqraf.com Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, bu səbəbdən Baş nazir Karen Karapetyan istefa ərizəsi yazmaq istəyib.

Hökumət üzvləri istefa verməməsi üçün baş nazirə hər vasitə ilə təsir göstəriblər. Sonda Serj Sərkisyan Karapetyanın istefa qərarından vaz keçməsinə nail olub. Hakim Respublika partiyasının üzvləri hətta öz aralarında zarafat ediblər ki, əgər baş nazir istefa vermək istəyirsə, onlar hər həftə onun ünvanına tərif yağdırmalı deyil.

Baş nazir Karen Karapetyanla belə problem daha öncə yanvarda və seçkiqabağı kampaniya zamanı yaşanıb.


Müəllif: Nərgiz