3 İyun 2017 19:02
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil”.

Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, danışıqlar prosesində irəliləyiş olmazsa, sülhün alternativi ən azı qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq:

“Bu isə o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq. Çünki işğalçı dövlət dərin böhran içərisindədir. Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq.

Üstəlik, Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edəcək. Bu mövqe dövlətimiz tərəfindən dəfələrlə bəyan olunub”.


Müəllif: Səxavət HƏMİD