4 İyun 2017 11:39
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi birbaşa yayımda çıxışının vaxtı bəlli olub.

Teleqraf.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Rusiya Prezidenti Vladimir Putinlə canlı yayım” adlı illik xüsusi proqram iyunun 15-də efirə çıxacaq. Rusiyanın bir çox televiziya və radiosunda yayımlanacaq verilişdə istənilən şəxs telefon və mesaj vasitəsilə öz sualını prezidentə ünvanlaya biləcək.

Putinin ölkədəki ictimai-siyasi durum, eləcə də iqtisadi, sosial layihələr barədə hesabatı dinləniləcək, eyni zamanda o, regiondakı geosiyasi və beynəlxalq vəziyyət haqda fikirlərini açıqlayacaq. Putinin toxunacağı mövzular Rusiya ilə yanaşı dünya ictimaiyyətinin də diqqət mərkəzindədir.


Müəllif: Kəmalə