4 İyun 2017 12:38
382

Biz ağıllı, ayıq və sərt olmalıyıq. Bizim üçün məhkəmələrin hüquqlarımızı geri qaytarması vacibdir. Birləşmiş Ştatlar Böyük Britaniyanın yanındadır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində Londonda baş verən terror aktına münasibət bildirərkən qeyd edib.

O, ABŞ-ın Böyük Britaniyaya hər zaman kömək etməyə hazır olduğunu bildirib: “Biz sizinləyik, Tanrı sizə kömək olsun”.

Trampın sözlərinə görə, sərhədlərin təhlükəsizliyini təmin etmək üçün daha ciddi cəhdlə çalışmaq, hətta bir sıra hallarda səyahət qadağası qoymaq lazımdır.

Qeyd edək ki, Londonda sürücü körpünün üstündə mikroavtobusu piyadaların üzərinə sürüb. Hücum zamanı 3-ü terrorçu 6-sı dinc sakin olmaqla 9 nəfər ölüb, 50-yə yaxın yaralı var.


Müəllif: Kəmalə
Загрузка...