5 İyun 2017 13:19
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 09:46

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik münasibətləri kəsib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həmin ölkələr rəsmi Dohanı terrorçuluğa dəstək verməkdə və Ərəb ölkələrindəki daxili sabitliyini pozmağa yönəlmiş hərəkətlərdə ittiham ediblər.

İlk olaraq, Bəhreyn bu addımı atıb. Ölkənin rəsmi agentliyi Manamanın bu addımı atmasına səbəb kimi Dohanın ölkənin daxili işlərinə qarışması və təhlükəsizliyə təhdid kimi dəyərləndirməsi göstərib. Bəhreyn Qətərdəki diplomatlara ölkəni tərk etməsi üçün 8 saat vaxt verib və Qətər vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Bundan bir neçə dəqiqə sonra Ər-Riyad, Qahirə və Əbu Dabi də diplomatik əlaqələri kəsib.

Səudiyyə Ərəbistanı Qətərdə olan vətəndaşlarına bu ölkəni tərk etmək üçün 14 gün vaxt verib. Bununla yanaşı, ər-Riyad qətərli zəvvarlara bütün güzəşt və xidmətlərin göstərilməsini davam etdirəcək.

***

Saat 11:48

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ-nin ardından Yəmən də Qətərlə diplomatik əlaqələri kəsib.

Bununla bağlı Yəmən hökumətinin qərarı yerli mediada dərc olunub.

Bu arada, Qətər Ərəb ölkələrinin ittihamlarını rədd edib. Qətər Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlama verib:

"Qətər Fars Körfəzi Ərəb dövlətlərinin əməkdaşlıq şurasının həqiqi üzvüdür, onun nizamnaməsinə əməl edir, digər ölkələrin süverenliyinə hörmət edir və onların işlərinə qarışmır, eləcə də terrorçuluq və ekstremizmlə mübarizədə üzərinə düşən öhdəlikləri yerinə yetirir".

***

Saat 12:17

Liviya da digər 5 ərəb ölkəsi kimi Qətərlər diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Liviya hökumətinin verdiyi qərara əsasən, əlaqələr müvəqqəti olaraq, dayandırılıb. 

Bu arada, Yəmən hökuməti Qətər ilə əlaqələrin kəsilmə səbəbini açıqlayıb. Onlar Dohanı husi üsyançılarına və radikal qruplara dəstək verməkdə ittiham ediblər.

***

Maldiv Respublikası da Qətərlə diplomatik əlaqələri dayandırıb.

Bununla bağlı "əl-Arabiya" telekanalı məlumat yayıb.


Müəllif: Samir