5 İyun 2017 11:02
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclasında ölkənin dünyada məşhurlaşdırılması haqda tapşırıq verib.

Teleqraf.com-un türkmən mediasına istinadla verdiyi xəbərə görə, iclasda dövlət başçısı "türkmənlərin şanlı tarixini dərindən öyrənmək işini daim nəzarətdə saxlamağı və onu bütün dünyada populyarlaşdırmağı" tövsiyə edib.

Türkmən mediası ilk belə təşəbbüsün 2012-ci ildə ortaya atıldığını bildirir. Həmin vaxt elm və texnika üzrə tanınmış alim Odek Odekov bir çox xalqların qədim türkmənlərdən törədiyi fikrini irəli sürüb. Bu mövzuda alimin yazdığı kitabların adları belədir: "Biz asiyalıyıq, ari xalqıq, türkmənik" və "Yer üzündən türkmən izi".


Müəllif: Mahir