5 İyun 2017 11:25
7 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhərrəm Əliyev heç bir təmənna güdmədən, vəzifədə olub-olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Adil Əliyev qardaşı general-leytenant Məhərrəm Əliyev barədə sosial şəbəkədə yazıb.

Onun fikrincə, insan öz əqidəsini elan kimi divardan asmamalıdır:

“Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o, heç vaxt yaltaq və ikiüzlü olmayıb, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır. Məhərrəm Əliyev vaxtında ulu öndər Heydər Əliyevin silahdaşı olub, bu gün də cənab Prezident İlham Əliyevin sadiq generallarından biridir. Heç bir qüvvə, heç vaxt onu əqidəsindən döndərə bilməz. Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var. Allah böyüklərimizi qorusun”.

Qeyd edək ki, iyunun 1-də Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib, müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev yeni strukturda yer almayıb.


Müəllif: Kəmalə