9 İyun 2017 11:22
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Kipr adası ilə bağlı yunan və türk danışıqlarının davam etdirilməsi ideyasını müdafiə edir.

Teleqraf.com xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

Ağ-Evdə yunan lideri Nikos Anastasiadislə bir araya gələn ABŞ-ın vitse-prezidenti deyib ki, ölkəsi Kipr adasında sülh danışıqlarını dəstəkləyir.

Ağ-Evin görüşlə bağlı şərhində qeyd olunur ki, Amerika adanın BMT dəstəyi ilə birləşdirilməsi müzakirələrinə başlanmasını müdafiə edir.

Bundan başqa, vitse-prezident adanın türk və yunan liderlərinin Kiprin iki toplumlu bir federasiya olaraq yenidən birləşdirəcək bir formata razı olacağına ümid etdiyini qeyd edib.

Xatırladaq ki, hazırda Kipr adasının birləşdirilməsinə dair türk-yunan danışıqları dayandırılıb. Buna daha çox adanın yunan icmasının lideri səbəb olub. İllər əvvəl adanın birləşdirilməsinə dair Annan planı əsasında referendum keçirilib. Həmin referendumda adanın türk tərəfi birgə yaşayışa tərəfdar olsa da, yunan tərəfi bunun əksinə çıxıb.


Müəllif: Cavad