Oxşar xəbərlər
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan dünən AKP-nin iftar mərasimində çıxışı zamanı bildirib.
Ərdoğan Körfəz ölkələrinə müraciətlə "Qardaş qarşıdurmasında qazanan olmaz, iftira ilə bir yerə gedib çıxmaq olmaz", - deyə sözünə davam edib.
Qətərə tətbiq olunan embarqonun aradan qaldırılmasının zəruriliyini qeyd edən Türkiyə dövlət başçısı ABŞ-ın bu mövqeyə yaxınlaşdığını vurğulayıb.
Ərdoğan daha sonra deyib:
"Səudiyyə Ərəbistanının rəhbərliyindən xüsusi bir xahişim var. Siz Körfəzin ən böyüyüsünüz, ən güclüsünüz, şərəfli hərəmin xidmətçisiniz. Siz Körfəzin baş tacı olmalısınız, qardaşlarınızı bir araya gətirməlisiz. Sizdən bunu gözləyirik".