16 İyun 2017 11:56
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford ABŞ Konqresinin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi barədə dinləmələr zamanı ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın böyük rolunu qeyd edib.

Trend məlumat verir ki, deputatlardan birinin Əfqanıstandakı əməliyyatlarda ABŞ-ın müttəfiqi kimi Azərbaycanın rolu barədə sualına cavab verən C.Danford qeyd edib ki, fevral ayında o, Azərbaycana səfər edib və burada ölkə rəhbərliyi ilə görüşüb.

O, Əfqanıstana göstərilən köməyə görə Azərbaycana minnətdarlığını bildirib və ABŞ-ın əməliyyatları üçün Azərbaycandan keçən marşrutun vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu gün Vaşinqton Əfqanıstanda əməliyyatların həyata keçirilməsi üçün Azərbaycandan keçən marşrutun genişləndirilməsinə ehtiyac duymur.

Müəllif: Teleqraf.com