16 İyun 2017 14:13
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Əmiri Şeyx Təmin Hamad Sani Almaniya Kansleri Angela Merkellə Körfəz ölkələrinin Dohaya tətbiq etdiyi diplomatik təcridetməyə dair müzakirələr aparıb.

Teleqraf.com QNA agentliyinə istinadla qeyd edir ki, Qətər və Almaniya liderləri arasında baş tutan telefon əlaqəsi zamanı Merkel böhranın həlli üçün qarşılıqlı dialoqun lazım olduğunu vurğulayıb. O, qeyd edib ki, rəsmi Berlin Qətərin izolyasiyasını aradan qaldırmaq üçün səylər göstərir.

Xatırladaq ki, Hamad Sani Merkeldən öncə İtaliya Baş naziri Paolo Centiloni və İngiltərə Baş naziri Tereza Meylə telefon danışıqları aparıb.


Müəllif: Cavad