16 İyun 2017 15:17
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan hüquqları üzrə Avropa Məhkəməsi iyulun 15-də Ermənistana qarşı növbəti qərar qəbul edib.

Teleqraf.com novostink.ru-ya istinadla xəbər verir ki, qərara əsasən, Ermənistan hökuməti “Gevork Dnqikyan Ermənistana qarşı” işi üzrə 3600 avro kompensasiya ödəməli olacaq.

Zərərçəkmiş Ermənistan vətəndaşının şikayətini Avropa Məhkəməsinə vəkil Tiqran Atanesyan təqdim edib.

Qeyd edək ki, mübahisə mülkiyyət hüququ ilə bağlı olub. Gevork Dnqikyan 2003-cü ildə öz ata evini əldə etməyə çalışıb. Lakin Ermənistanın müvafiq instansiyalarında istəyinə nail ola bilmədiyindən hüquqları pozulduğu üçün Avropa Məhkəməsinə müraciət etməli olub. Avropa Məhkəməsinin qərarına görə, Avropa Konvensiyasının 6-cı protokolu və 1-ci protokolunun 1-ci maddəsi pozulub.


Müəllif: Kəmalə