18 İyun 2017 15:14
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel Roma papası Francesco ilə bir araya gəlib.

Teleqraf.com xarici KİV-ə istinadla bildirir ki, tərəflər 40 dəqiqə müzakirə aparıb. Alman kansler Roma papasının sarayında qarşılanıb.

Vatikanın yaydığı məlumatda qeyd edilir ki, görüş səmimi mühitdə keçib.

Görüşdə iştirak edən alman jurnalistlər isə iddia edib ki, papa kansler Mergeli ABŞ prezidenti Donald Trampdan fərqli olaraq çox mehriban, isti və səmimi qarşılayıb.

Qeyd edək ki, görüşdə əsasən Hamburqda keçiriləcək G-20 zirvə toplantısı, qlobal terror təhlükəsi, aclıq və yoxsulluqla mübarizə məsələləri müzakirə edilib.


Müəllif: Cavad