19 İyun 2017 15:21
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Naxçıvanla azad ticarət zonası yaradır.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.

“Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri ardıq Naxçıvandadır. Ərzurumdan, Ağrıdan və ya Artvindən alış-verişin mümkün olduğu bir mühit yaradılacaq. Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərdən fərqlənməyəcək. Mənim üçün vacib məqam odur ki, bundan sonra Qarsın Naxçıvanı, Naxçıvanın da Qarsı var”- deyə Nihat Zeybekçi qeyd edib.

Nazir əməliyyatın türk lirəsi ilə həyata keçiriləcəyini vurğulayıb: “İlkin mərhələdə Naxçıvandan 100 milyon dollarlıq məhsul əlavə dəyər vergisi olmadan Türkiyəyə daxil olacaq. Təbii ki, bu ticarət özü ilə istehsalı da gücləndirəcək, ardınca logistika məsələlərini, bank əməliyyatlarını fəallaşdıracaq. Bu addım Qars üçün xeyirli-uğurlu olsun. Naxçıvan da daxil olmaqla sərhəd ticarəti ilə əlaqədar yaxın zamanlarda yeni planlarımız var. Gürcüstan, İran, İraq və Suriya sərhədində ticarət mərkəzləri və bölgələrini fəallaşdıracağıq. İnşallah, bu ilin sonunadək bu ideyalar gerçəkləşər”.


Müəllif: Nərgiz