23 İyun 2017 16:12
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Gürcüstanın Baş nazirinin müavini, təhsil və elm naziri Aleksandr Jejelavanı qəbul edib.

Teleqraf.com xəbər verir ki, Aleksandr Jejelava ADA Universitetində olduqlarını və bu təhsil ocağının onlarda böyük təəssürat yaratdığını vurğulayaraq Bakı Ali Neft Məktəbinin də fəaliyyətinin maraq doğurduğunu dedi. Qonaq Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrimizin bütün digər sahələrdə mövcud olan səviyyəsinə çatdırılması üçün birgə səylərin həyata keçirilməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev ADA Universitetində, Bakı Ali Neft Məktəbində və o cümlədən ölkəmizdəki digər təhsil müəssisələrində yüksək səviyyədə təhsil sisteminin yaradılması ilə bağlı işlərin görüldüyünü qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən tələbə-təhsil mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com