1 İyul 2017 17:02
2 049

Türkiyə Suriyanın Afrin bölgəsində hərbi əməliyyata başlamaq üçün Rusiya ilə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günkü çıxışında deyib.

Ərdoğanın sözlərinə görə, Rusiya Afrindən hərbi qüvvəsini geri çəkib: "YPG-nin ABŞ-a meyllənməsi, ABŞ-ın Suriyaya kimyəvi silah bəhanəsi ilə mümkün hücumu və Türk Axımı layihəsi Türkiyə ilə Rusiyanı biri-birinə yaxınlaşdırıb".

Türkiyə prezidenti Afrin əməliyyatında ABŞ-ın mövqeyini nəzərə almağı vacib hesab etməyib.


Müəllif: İlhamə Əbülfət