Teleqraf.com xəbər verir ki, bunu azərbaycanlı milyarder, “Crocus Qrup”un sahibi Araz Ağalarov “Komsomolskaya Pravda” qəzetinin ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında G20 sammiti çərçivəsində baş tutacaq görüş ətrafında sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, Trampın Rusiyaya qarşı münasibətdə sərt olması üçün ona hər tərəfdən təzyiqlər var: “Bu isə situasiyaya öz təsirini göstərir”.
Hələ seçki kampaniyasına təzə qatılan vaxt Trampın heç nədən sınmadığını, möhkəm adam olduğunu xatırladan Araz Ağalarov qeyd edib ki, müflis olmaq istənilən biznesmen üçün ağırdır: “Trampın Putinlə görüşünə gəlincə isə... Əlbəttə, mən bu söhbətdən sonra kəskin dəyişiklik gözləmirəm. Bütün hallarda pozitiv irəliləyişlər ola bilər”.
“Donbass məsələsində, sanksiyaların götürülməsində pozitiv irəliləyişlər ola bilərmi” sualına Araz Ağalarov belə cavab verib: “Mən burada hər hansı proqnozlar verə bilmərəm. Çünki orada Senat, konqresmenlər var. Orada heç nə sadə deyil”.