Teleqraf.com xəbər verir ki, bu sözləri azərbaycanlı milyarder, “Crocus Qrup”un sahibi Araz Ağalarov “Komsomolskaya Pravda” qəzetinin ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında G20 sammiti çərçivəsində nəzərdə tutulan görüş barədə danışarkən deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Rusiya razılığa gəlsəydi, hamı üçün daha yaxşı olardı: “O zaman yaşamaq da maraqlı və asan olardı”.
Trampa qarşı təzyiqlər olduğunu deyən Araz Ağalarov ABŞ prezidenti barəsində təhqiqat getdiyini və cinayət işləri qaldırıldığını dilə gətirib: “Tramp onu yenidən güzəştə getməkdə suçlamağa bəhanə vermək istəmir. Hazırda Tramp mürəkkəb situasiyadadır. Digər tərəfdən onun bizimlə işləmək arzusu var”.