Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Administrasiyası məlumat yayıb.
“Ukrayna və ABŞ prezidentlərinin əldə etdikləri razılaşmanın icrasına uyğun olaraq iyulun 9-da dövlət katibi Reks Tillerson Kiyevdə səfərdə olacaq. ABŞ xarici siyasət idarəsi rəhbərini Prezident Petro Poroşenko qəbul edəcək”, -deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, Ukrayna Prezident Administrasiyası tərəflərin iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini və digər məsələləri müzakirə edəcəklərini bildirib.