Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Hamburq şəhərində G20-nin keçirilən sammitində iştirak edən Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
ABŞ prezidenti Donald Trampdan görüşdən sonra Putin bildirib ki, Ağ Evin Suriya məsələsinə yanaşması daha praqmatikdir: "Trampla şəxsi əlaqə qurduq. ABŞ prezidenti qarşısındakı adamı uyğun şəkildə qəbul edir, çevik analiz edir. Tramp televiziyada göründüyündən daha fərqlidir. Rusiya və ABŞ spekulyasiyaları qabaqlamaq üçün kiber təhlükəsizlik sahəsində ortaq işçi qrupu yaradacaq. Tramp görüşdə məndən bir neçə dəfə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə mənə suallar verdi, cavabımı dinlədi və qəbul etdi. Əgər əlaqələrimizi Hamburqdakı görüş kimi qursaq Rusiya-ABŞ əməkdaşlığını yarada bilərik".