Teleqraf.com-un məlumatına görə, bununla bağlı təklif iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşündə irəli sürülüb.
Qeeyd edək ki, görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə müzakirələr Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesinin irəliləməsi məqsədilə müvafiq şəraitin yaradılması ətrafında davam etdirilib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri iki ölkənin XİN başçılarından prezidentlərin cari il ərzində görüşünün təşkili barədə təkliflər istəyiblər.
Bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün keçirilməsi haqqında razılaşma əldə olunub.