Teleqraf.com xəbər verir ki, bununla bağlı erməni mediası məlumat verib.
Məlumatlarda raketlərin hansı səbəbdən Ermənistanla sərhədə yerləşdiriləcəyi ilə bağlı heç bir iddia irəli sürülməyib.
Bu arada, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz S-400 raketləri ilə bağlı Ankara və Rusiya arasında danışıqların uğurla davam etdiyini deyib:
"Türkiyəyə rus hava hücumundan müdafiə sistemi olan S-400 raketlərinin gətirilməsi ilə bağlı danışıqlarda irəliləyiş var".
Qeyd edək ki, Blomberq agentliyində yer alan xəbərdə Türkiyənin 2018-ci ildə Rusiyadan 2 ədəd S-400 raketleri alacağı və bunun üçün Moskvaya 2,5 milyard dollar ödəyəcəyi bildirilib.