Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, Azərbaycan ilə İspaniya arasında hərbi, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, ölkələrimiz arasında hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.
Diplomat ölkəmizdə fəaliyyəti dövründə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib. O, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.