19 İyul 2017 14:34
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İraq Kürd Regional Rəhbərliyinin referendum qǝrarına reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Nikki Heyli açıqlama verib.

BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Jan Kubis ilə görüşdən sonra danışan Heyli bu qərarın diqqəti prioritet hədəflərdən başqa istiqamətə yönəldəcəyini bildirib.

Diplomat buna görə də qərarın müsbət qarşılanmadığını qeyd edib.

O, Kubis ilə görüş zamanı Mosulun İŞİD-dən azad olunmasından sonrakı vəziyyəti və qaçqınların yenidən evlərinə qayıtmaları mövzusunu müzakirə etdiklərini deyib.

Xatırladaq ki, İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani sentyabrda referendum keçiriləcəyi ilə bağlı qərar verib.


Müəllif: Samir

Oxşar xəbərlər