20 İyul 2017 18:30
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu göndərib.

Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir:
"Əlahəzrət, Belçika Krallığının milli bayramı – Kralın Andiçmə Günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm."


Müəllif: Teleqraf.com