22 İyul 2017 11:26
2 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə iki məqam diqqətimi çəkdi.

Teleqraf.com xəbər verir ki, bunu dünənki Soçi görüşünü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, birinci məqam elə Rusiya prezidenti Vladimir Putinin dilindən səslənib: “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə “ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək” ifadəsi ilə başlayan Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu dedi. Bu cümlələrdə o qədər böyük yük var ki, prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar. Narahatedici mövzuların tamamı hamımıza bəllidir. Bu mövzular barədə illərdir ayrı-ayrılıqda yazırıq, açıqlama veririk”.

E.Şahinoğlu qeyd edib ki, Prezidentlərin görüşü ilə bağlı ikinci məqam mətbuata verilən açıqlamalardır. Onun sözlərinə görə, açıqlamanın ilk cümləsində deyilir: “Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib”.

Bu Azərbaycan Prezidentinin və digər rəsmilərimizin rusiyalı həmkarları ilə müzakirə etdiyi başlıca mövzudur. “Rusiya istəsə münaqişə qısa zamanda həll olunar” yanaşması hələ köhnəlməyib. Yetər ki, istəsin. Elə problemin kökü də bundadır ki, Rusiya hələ istəmir, istəsə də Azərbaycana elə ağır şərtlərini irəli sürür ki, bunlara “hə” demək Azərbaycanın Ermənistanın gününə düşməsinə gətirib çıxaracaq. Kreml istəsə erməni separatçılarının girov saxladığı iki vətəndaşımızı da asanlıqla azad edə bilər. Bunun üçün Putinin erməni həmkarına bir telefon zəngi kifayət edər. Ancaq hələ bunu da istəmir, istəsə bizim də azad edə biləcəyimiz şəxs var və onun ismi Putinə bəllidir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər