XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E. Məmmədyarov məktubda ötən 25 ildə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini bildirib.
Nazir həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyin ifadə edib. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Sudanın göstərdiyi dəstəyə görə minnətdarlığın bildirib.
E. Məmmədyarov iki ölkə arasında mövcud dostluq münasibətlərinə söykənərək, birgə səylərlə ikitərəfli əməkdaşlığın Azərbaycan və Sudanın çiçəklənməsi və hər iki xalqın rifahı naminə daha da inkişaf etdirilməsinə nail olunacağına əminliyin ifadə edib.