Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıdan əvvəl şura üzvləri başda Binəli Yıldırım olmaqla Atatürkün mavzoleyini ziyarət ediblər.
Ziyarət əsnasında Yıldırım Fatihə oxuyub və xatirə kitabına ürək sözlərini yazıb.
Məlumatlara görə, toplantıda Fətullahçı terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətinin qiymətləndirilməsi, polkovnik, general və admiralların istefaya göndərilməsi gözlənilir.