5 Avqust 2017 09:38
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Türkmən Dövlət Xəbərləri" (TDX) informasiya agentliyi xəbər yayıb.

Qeyd olunur ki, bu səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.

Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər