Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bu ilin əvvəlində elan etdiyi ALP liderinin iqtidarla müxalifətin barışığını nəzərdə tutan proqramının taleyi barədə danışarkən deyib.
Əvəz Temirxan qeyd edib ki, Lalə Şövkət islahat proqramını şərait yarananda elan edəcək:
“Bu proqramda söhbət iqtidarla bütün müxalifətin, cəmiyyətin siyasi barışığından gedir. Lalə xanımın proqramı cəmiyyəti milli, siyasi birliyə və barışığa səsləyir. “Barışa körpü” adlanan proqramın elə hissəsi var ki, Lalə Şövkət onu açıqlamağa ehtiyac görmür, çünki həmin məqamları açıqlamadan həyata keçirmək lazımdır.
Əgər həm müxalifət, həm də iqtidarda barış niyyəti varsa, bu hissə açıqlana bilər. Yaxud bəzi hissəsi seçki dönəmində ortaya qoyulacaq. Elə məqamlar var ki, Ermənistana məlumat verməyə nə ehtiyac? Proqramda gizli hissələr mövcuddur”.
Lalə Şövkətin 2018-ci il prezident seçkilərinə namizəd kimi qatılacağına gəlincə, Əvəz Temirxan qeyd edib ki, bu barədə söz demək hələ çox tezdir: “İndidən nə isə deməkdə çətinlik çəkirəm. Vəziyyət bəzən ildırım sürəti ilə dəyişir”.