Çünki ABŞ kimi dünya siyasətinə nüfuz edən bir dövlətdə yüksək səlahiyyətli postların boş qalması ciddi narahatlıqlar yaratmaqla bahəm, ölkələrə yönəlik siyasətə də təsirsiz ötüşmür.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Asim Mollazadənin fikrincə, başlıca səbəb Donald Trampın Amerika siyasi sisteminin nümayəndəsi olmamasıdır. Millət vəkilinin sözlərinə görə, Trampın kadr qərarlarına ciddi müqavimət göstərən siyasi təbəqə var: “Söhbət son prezident seçkilərində məğlub olan demokratik təbəqədən gedir. Demokratlar Konqresdə Trampın vəzifəyə irəli sürülən namizədlərin təsdiqinə mane olur. Digər tərəfdən prezidentə öz partiyasının üzvlərindən də mane olanlar var.
Burda incə nüans odur ki, Donald Tramp Respublikaçılar Partiyasının seçki öncəsi namizədi oldu. Əslində isə partiya rəhbərliyi Trampa qarşı idi. Tramp Ağ Evə belə ziddiyyətlərin qovşağında gəldi. Trampın seçki uğurunu xalq amili təmin etdi. Məhz Trampın irəli sürdüyü ideyalar, fikirlər Amerika seçicisi tərəfindən dəstəkləndi, ancaq elita fərqli mövqedə idi”.
Asim Mollazadə hesab edir ki, Trampın taleyi xalq dəstəyini qoruyub-qorumayacağından asılı olacaq:
“O, seçicilərə verdiyi vədləri yerinə yetirərək dəstəyi qoruyub saxlaya bilsə, təbii ki, müqavimətə baxmayaraq, möhkəmlənəcək, əvəzində peşəkar siyasətçilər çətinliklərlə üzləşəcək. Əks halda, Tramp dəstəyi itirəcək. Bu isə ciddi fəsadlar yarada bilər”.
Asim Mollazadə qeyd edib ki, prezidentin impiçmenti haqqında indi tez-tez söz açırlar:
“Amerika siyasi tarixində belə hallar baş verib. İndi də bu istisna edilmir”.
Politoloqun sözlərinə görə, bu prosesdə vacib bir amil də var və onu nəzərə almamaq mümkün deyil:
“Hazırda ABŞ iqtisadiyyatında ciddi dəyişikliklər, inkişaf baş verir. Sözsüz ki, bu proses Trampın xeyrinədir. Hər şey iqtisadiyyatdan asılı olacaq. Nəzərə almaq lazımdır ki, ABŞ-da seçicilərin, vətəndaşların mövqeyi və münasibəti də iqtisadi durumla sıx bağlı olur”.