Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət katibi Tillersonla Manilada bir araya gələn Prezident Duterte açıqlamasında Filippinin ABŞ-ın müttəfiqi olduğunu bildirib. Onun bu mövqeyindən sonra insan hüquqları mövzusu gündəmə gəlib.
İnsan hüquqlarına dair verilən sual Prezident Duterteni əsəbiləşdirib:
“İnsan hüquqları cəhənnəmə. Maravidə döyüşlər gedir. Polis və əsgərlər ölür. Ona görə də, insan hüquqları mövzusuna girməyə heç ehtiyac yoxdur”.